Banqladeşdə kütləvi iğtişaşlarda ölənlərin sayı 30-a çatıb, 300-dək adam xəsarət alıb

Banqladeşdə kütləvi iğtişaşlarda ölənlərin sayı 30-a çatıb, 300-dək adam xəsarət alıb
# 28 fevral 2013 20:39 (UTC +04:00)

Bakı-APA. Banqladeşin bir neçə bölgəsində bu gün baş vermiş kütləvi iğtişaşlarda ölənlərin sayı 30-a çatıb, 300-dək insan isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə”Frans Press” agentliyi yerli polis və həkimlərə istinadən xəbər verir. Qeyd edək ki, iğtişaşlara səbəb hərbi tribunalın “Camaati İslami” müxalifət islamçı partiyasının 73 yaşlı lideri Delvar Hüseyn Səyedi barəsində çıxardığı ölüm hökmü olub.

Bundan əvvəl toqquşmalarda 17 nəfərin öldüyü bildirilirdi. Polislə etirazçılar arasında toqquşmalar paytaxt Dəkkə şəhəri daxil olmaqla bir neçə bölgədə baş verib.

Agentliyin məlumatına görə, ölənlərdən dördü polis əməkdaşıdır.

“Camaati İslami” müxalifət islamçı partiyasının lideri Delvar Hüseyn Səyedi Pakistandan ayrılmaq uğrunda 1971-ci ildə olmuş müharibə zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunub.

Yanvarda Banqladeş məhkəməsi başqa tanınmış islamçı lideri Əbdül Kəlam Azadı ölüm cəzasına hökm edib. O müstəqillik uğrunda müharibə dövrü soyqırım və başqa ağır cinayətlər törətməkdə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR