Rusiyada axtarışda olan Gürcüstan vətəndaşı Bakıda həbs edilib

Rusiyada axtarışda olan Gürcüstan vətəndaşı Bakıda həbs edilib
# 08 fevral 2013 09:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Bakıda həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR