Bakı - APA. Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları başa çatıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, V. Ağamalıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.