Ucar sakini kanalda boğulub

Ucar sakini kanalda boğulub
# 22 fevral 2013 10:46 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayon sakini kanalda boğularaq ölüb. Ucar rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Şəhər sakini Aslanov Ədalət Ağamir oğlu evlərinin yaxınlığından keçən kanala düşərək boğulub. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinin müdiri Rauf İsmayılovun verdiyi məlumata görə, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR