Ekologiya və təbii sərvətlər naziri Lənkəranda vətəndaşların qəbulunu keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Lənkəranda vətəndaşların qəbulunu keçirəcək
# 28 mart 2013 14:31 (UTC +04:00)

Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprel ayının 9-da Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir aprel ayının 9-da saat 11.00-dan Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların “[email protected]” elektron poçt ünvanı, 168 saylı “Qaynar xətt”, həmçinin Nazirliyin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR