İstintaq təcridxanasına mobil telefon və narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına mobil telefon və narkotik keçirilməsinin qarşısı alınıb
# 01 may 2013 07:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucəli Nadir oğlu Vəliyevə vətəndaş Ravil Mahmud oğlu Şahverdiyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman şampun qablarının içərisində sellofana bükülərək gizlədilmiş 2 ədəd Nokia” mobil telefon aparatı, 1 ədəd “Sim” danışıq kartı, 17 ədəd narıncı rəngli “Tramadol” dərmanının həbləri, digər sellofana bükülərək gizlədilmiş xalis çəkisi 0,175 qram olan narkotik maddə - “heroin” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR