Azərbaycanda məktəblərində Milli Qiymətləndirmə-2013 tədqiqatı aparılacaq

Azərbaycanda məktəblərində Milli Qiymətləndirmə-2013 tədqiqatı aparılacaq
# 11 mart 2013 16:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin aprel ayında ümumtəhsil məktəblərinin IV siniflərində təhsil alan şagirdlərlə Milli Qiymətləndirmə-2013 tədqiqatının keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu qiymətləndirmənin əsas məqsədi ibtidai təhsil səviyyəsini yeni fənn kurrikulumları əsasında bitirən şagirdlərin nailiyyətlərini qiymətləndirməkdir. İlk belə qiymətləndirmə ötən il təşkil olunub. Belə ki, 300 ümumtəhsil məktəbində IV sinif şagirdləri ilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə aparılıb. Məktəblərin seçimi elə aparılıb ki, paytaxtın mərkəzi və ətraf məktəbləri, ölkənin digər şəhər və rayonlarının mərkəz və ucqar kənd məktəbləri, lisey və gimnaziyaları əhatə edilsin.

Tədqiqatda iştirak edən 9329 nəfər şagird imtahan kitabçası və sorğu anketini, onlara dərs deyən 499 nəfər sinif müəllimi, həmin şagirdlərin 8974 nəfər valideyni və 300 nəfər məktəb direktoru isə sorğu anketlərini cavablandırıb. Şagirdlər, müəllimlər, valideynlər və məktəb direktorları ilə anket sorğuları müxtəlif amillərin şagirdlərin təlim nailiyyətinə təsirini müəyyənləşdirmək üçün aparılıb. Milli Qiymətləndirmə-2012 tədqiqatının nəticələri təhlil edilib. IV sinif şagirdlərinin Azərbaycan dili və riyaziyyat fənləri üzrə nəticələri öyrənilib və yekun hesabatı hazırlanıb. Milli Qiymətləndirmə-2012 tədqiqatının nəticələri beynəlxalq ekspert Tomas Kolleqan ilə müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR