Tovuzda avtomobil piyadanı vurub

Tovuzda avtomobil piyadanı vurub
# 05 iyun 2016 22:24 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Tural Qurbanov yol ilə piyada gedərkən hərəkətdə olan “Mercedes” markalı avtomobil tərəfinfən vurulub. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR