Qərbi Gürcüstanda prezident Mixail Saakaşvilinin maşın karvanına yumurta atılıb

Qərbi Gürcüstanda prezident Mixail Saakaşvilinin maşın karvanına yumurta atılıb
# 13 fevral 2013 20:48 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Qərbi Gürcüstanda president Mixail Saakaşvilinin maşın karvanı yumurta “yağışı”na düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Mixail Saakaşvili Zuqdidi rayonunun Narazeni kəndində etiraz aksiyası ilə qarşılanıb. “Gürcüstanı müdafiə et” yerli təşkilatının lideri Kaxa Mikaya və digər təşkilatların fəalları prezidentin eskortu hərəkət edən yolu bağlamağa çalışıblar. Etiraz aksiyası zamanı maşınlara yumurta atılıb və prezident hədələnib. Polisin işə qarışması nəticəsində kütləni dayandırmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR