Şirvanda baş verən avtoqəzada iki nəfər xəsarət alıb - FOTO

Şirvanda baş verən avtoqəzada iki nəfər xəsarət alıb - <span style="color: red;">FOTO
# 20 mart 2015 22:43 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 21-i saat 00.30 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində Şirvan sakini, 1993-cü il təvəllüdlü Abbaslı Ramil Rasim oğlu sürətlə idarə etdiyi “VAZ 2107” markalı, 42 BU 020 dövlət nömrə nişanlı avtomobili yoldan çıxararaq ağaca çırpıb.

Zərbənin gücündən ağac ikiyə bölünüb. Sürücü və avtomobildə olan sərnişin, Şirvan sakini, 1993-cü il təvəllüdlü Səmədzadə Babək Bakir oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR