Azərbaycan Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə iştirak edir

Azərbaycan Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə iştirak edir
# 01 aprel 2015 16:06 (UTC +04:00)

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.

Təlimlərdə Azərbaycan dörd ədəd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edir.

Martın 30-da başlayan təlimlər aprelin 10-a qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR