Qırğızıstan parlamenti Azərbaycanla vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi ratifikasiya edib

Qırğızıstan parlamenti Azərbaycanla vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi ratifikasiya edib
# 27 fevral 2013 10:42 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. Bu gün Qırğızıstan parlamentində 30 mart 2012-ci ildə Bakıda imzalanan “Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım barədə sazişin ratifikasiyası haqqında” qanun layihəsi müzakirə olunub.

APA-Economics”in Qırğızıstan mediasına istinadən xəbərinə görə, sazişi parlamentin plenar iclasında Vergi Xidmətinin sədr müavini Rasım Aydaraliyev təqdim edib.


Təqdim olunan qanun layihəsi ölkə daxili proseduraların icra olunması üçün Qırğızıstanın “Beynəlxalq sazişlər haqqında” qanununa uyğun olaraq hazırlanıb. Bu saziş milli vergi sistemləri və vergi qanunvericiliyində olan cari dəyişikliklər, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl etmək barədə məlumatların verilməsi, qanunvericiliyin tələblərin pozulmasının qarşını alınması və digər məsələlər üzrə hüquqi baza yaradacaq.


Qırğızıstan Rusiya, Qazaxıstan, Ermənistan, Belarus və Ukrayna ilə də analoji saziş imzalayıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR