Zərdabda mağazadan oğurluq edilib - VİDEO

Zərdabda mağazadan oğurluq edilib - <span style="color: red;">VİDEO
# 13 mart 2015 10:31 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda oğurluq edən şəxs saxlanılıb.

APA - nın yerli bürosunun məlumatına görə, Zərdab rayon sakini Almaz Qasımova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus mağazanın qapısının kilidini gecə saatlarında sındığını və mağazanın qarət edildiyini bildirib. Polis Şöbəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini 18 yaşlı Orxan Qədirov saxlanılıb. Dindirilmə zamanı mağazadan ancaq pul oğurladığını deyən O. Qədirov ehtiyacı olduğu üçün bu addımı atdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR