Göygöldə qəza baş verib, sürücü xəsarət alıb

Göygöldə qəza baş verib, sürücü xəsarət alıb
# 02 mart 2015 06:39 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöldə baş verən yol qəzasında sürücü xəsarət alıb.

Göygöl Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Göygöl şəhərində baş verib.

Rayon sakini, 1992-ci il təvəllüdlü Gülzalı Rasim oğlu Nəsirov idarə etdiyi avtomobili yolun kənarındakı maneəyə çırpıb.

Sürücü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR