Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən hərbiçinin cəzası 8 il ağırlaşdırılıb

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən hərbiçinin cəzası 8 il ağırlaşdırılıb
# 28 fevral 2013 14:42 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib, Ə. Hüseynovun cəzası 11 il 6 ay təyin olunub.

İttihama görə, Əli Hüseynov Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd), 232.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilib.

Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Ə.Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan prokurorluq isə protest verərək cəzanın ağırlaşdırılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR