Vokalçı Ramil Qasımov Koroğlu rolunda çıxış edib

Vokalçı Ramil Qasımov Koroğlu rolunda çıxış edib
# 25 sentyabr 2014 15:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunub.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.

Tamaşada Koroğlu obrazını vokalçı Ramil Qasımov ifa edib. Səhnə əsərinin digər rollarında İlahə Əfəndiyeva və xalq artisti Şahlar Quliyev çıxış edib. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR