Maynz Universitetinin professoru: “Qərb ölkələri, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət göstərməlidir”

Maynz Universitetinin professoru: “Qərb ölkələri, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət göstərməlidir”
# 02 oktyabr 2014 15:21 (UTC +04:00)

“Şərq mədəniyyətinin yaxından öyrənilməsi üçün Azərbaycan xüsusi əhəmiyyət daşıyır”

Bakı. Rüfət Əhmədzadə. “Şərq mədəniyyətinin və Türk dünyasının yaxından öyrənilməsi üçün Azərbaycan xüsusi əhəmiyyət daşıyır”.

APA-nın məlumatına görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumuna qatılan turkoloq-alim, Maynz Universitetinin professoru Hendrik Boşoten deyib.

“Bu forumun əhəmiyyəti danılmazdır. Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsini dəstəkləyirəm. Sizin alimlərlə də tanış oldum, ölkədəki həyatla maraqlandım. Türkoloq kimi Azərbaycan mənim üçün çox maraqlıdır”, – deyə H.Boşoten qeyd edib.

O, Dağlıq Qarabağ münaqişəsindən də xəbərdar olduğunu və bir elm adamı kimi regionda müharibə əhval-ruhiyyəsindən narahatlıq keçirdiyini qeyd edib: “Münaqişənin tezliklə həll olunması bölgə üçün çox lazımdır. Həm elmi, həm mədəni, həm də iqtisadi sahələrdə yüksək inkişafa nail olmaq üçün, ölkələr bu istiqamətdə ciddi səylər göstərməlidir. Görünür ki, sizin ölkə münaqişənin tezliklə həll olunmasını istəyir. Amma bu asan məsələ deyil. Qərb ölkələrinin, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət göstərməsini istərdim. Təşəbbüsləri artırmalıyıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR