“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib - FOTOSESSİYA

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 may 2015 09:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Slavyan Universiteti (BSU), Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi VI Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, konfransın açılış mərasimində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Ombudsman Elmira Süleymanova, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, diplomatik korpusun əməkdaşları iştirak edib.

Konfransı BSU-nun rektoru, professor Asif Hacıyev açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyətindən danışıb.

Daha sonra çıxış edən K. Abdullayev bildirib ki, Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan müxtəlif tədbirlər keçiriləcək: "Ümummilli liderin adanan olmasının ildönümü münasibəti ilə dünyanın müxtəlif ölkələrindən alimlər, universitet rəhbərləri, nüfuzlu qonaqlar Azərbaycana təşrif gətirib və biz “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi konfransımızı açıq elan etmişik. Konfrans işini ən müxtəlif istiqamətlərdə davam edəcək. İştirakçıların Qax və Şəki rayonlarına səfəri təşkil olunacaq, nümayəndə heyəti Qax rayonundakı Gürcü kilsəsi, Qax cümə məscidi, “Bilik Evi” ilə tanış olacaq, “Qədim Qax”da gəzintiyə çıxacaq, qonaqlar Kürmük Alban məbədini ziyarət edəcəklər”.

Ombudsman Elmira Süleymanova, təhsil nazirinin müavini Firudin Qurbanov, Moskva Pedaqoji Universitetinin rəhbəri Viktor Ryabov və başqaları konfransın əhəmiyyətindən, onun azərbaycanşünaslığın öyrənilməsindəki töhfələrindən danışıblar.

Tədbirdə qeyd olunub ki, 383 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu tədbir çərçivəsində plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulur. Konfransda 19 ölkədən 63 qonaq iştirak edir.

Konfransın işi 7 bölmədə - “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan Ədəbiyyatı” davam etdiriləcək.

Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərinin və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR