DSX rəisi ordu generalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

DSX rəisi ordu generalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 19 may 2015 11:37 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyalarının Komandanı, ordu generalı Abdullah Recepin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə əldə olunmuş yüksək nailiyyətlər, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması, ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələrlə bağlı ətraflı məlumat verilib.

Qonaqlar həmçinin Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumatlandırılıb.

Görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, təlim-tədris sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR