Azərbaycan gömrükçüləri nəzarətdən keçməyən zərgərlik məmulatlarını müsadirə edib

Azərbaycan gömrükçüləri nəzarətdən keçməyən zərgərlik məmulatlarını müsadirə edib
# 14 iyul 2015 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidməti orqanı əməkdaşları gömrük nəzarətindən keçməyən zərgərlik məmulatları aşkar edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Samir Axundova məxsus yüklər gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda zərgərlik məmulatlarının təsvirləri görünüb.

DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yüklərə - çanta və sellofan paketin içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, S.Axundova məxsus çantanın və sellofan paketin içərisindən ümumi çəkisi 742,59 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR