Azərbaycan çempionatı qalmaqalla başlayıb

Azərbaycan çempionatı qalmaqalla başlayıb
# 25 sentyabr 2014 14:20 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan çempionatı qalmaqalla başlayıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürən yeni mövsümün ilk oyun günündə iki qarşılaşma keçirilib.

Çempionatın ilk görüşündə son illərin dəyişməz çempionu “Araz” “Qarabağ veteranları” ilə görüşüb. Bir tərəfin aşkar üstünlüyü ilə keçən görüşdə Naxçıvan təmsilçisi 11:1 hesabı ilə qalib gəlib.

İkinci oyun isə bərabər səviyyəli rəqiblə arasında keçirilib. “Fənər” “Xəzər İslands”a çətinliklə qalib gəlib – 4:3. Lakin birincilər matçın başa çatmasına görə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova minnətdar olmalıdı. Çünki məhz onun köməyi ilə qarşılaşma sonadək davam edib.

Belə ki, matç boyu hakimlikdən narazılıq edən “Xəzər İslands”ın baş məşqçisi Elnur Qəmbərov oyun başa çatmamış futzalçılarına meydanı tərk etməyi tapşırıb. Hakimliyə bu cür etiraz federasiya prezidentinin gözü qarşısında baş verdiyindən Axundov məsələyə müdaxiləni zəruri sayıb və matç final fitinədək davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR