APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 10-da saat 23.55 radələrində Bakının Nizami rayonu ərazisində Heydər Quliyev idarə etdiyi “Toyota-Camry” markalı avtomaşını yeraltı keçidin tikilməsi üçün qazılan xəndəyə aşırıb.
Nəticədə avtomaşında yanğın baş verib, sürücü və sərnişini Tural Abdullayev hadisə yerində ölüb.
***
saat 10:47
Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayonunda “Toyota” markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış xəndəyə düşüb və yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha sonra xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünün və sərnişinin cəsədlərini avtomobildən çıxarılıb.