SAM-ın eksperti Ankarada keçiriləcək beynəlxalq konfransda çıxış edəcək

SAM-ın eksperti Ankarada keçiriləcək beynəlxalq konfransda çıxış edəcək
# 04 fevral 2013 08:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi və “Caucasus International” jurnalının baş redaktoru Zaur Şiriyev Ankara (Türkiyə) şəhərinə səfər edəcək.

SAM-dan APA-ya verilə məlumata görə, səfərdə məqsəd Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) təşkil etdiyi “Obamanın ikinci dövrü: Türkiyə-Amerika əlaqələrində realizm, dəyişmə və davamlılıq” mövzulu beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Ankara şəhərinə (Türkiyə) səfər edəcək.

“Türkiyə-Amerika əlaqələri bu gün”, “Fərqli məzmunlarda Türkiyə-Amerika əlaqələri: regional və qlobal ölçülər”, “Türkiyə-Amerika əlaqələri: Gələcək” mövzulu panellərin yer alacağı tədbirdə USAK direktoru Özdem Sanberk, ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone, “American Progress” mərkəzinin baş elmi işçisi Maykl Verç, “Erdem Holdinq”in idarə heyətinin başçısı Zeynel Abidin Erdem və s. iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR