İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 25 fevral 2013 15:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palata (İP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayevin APA-ya verdiyi məlumata görə, İP icra hakimiyyətinin qərarının qanunsuz hesab olunması və təşkilatçılara dəymiş ziyana görə 2 min manat təzminat ödənilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddia əsasında məhkəmənin ilk iclası fevralın 27-də keçiriləcək.

Qeyd edək ki, İP dekabrın 10-da Milli Məclisin qarşısında “Saxta parlament buraxılsın!” şüarı ilə piket keçirməyə icazə verilməsi ilə bağlı BŞİH-ə müraciət edib. Lakin BŞİH piketə icazə verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR