“Mançester Yubayted” klubunun sabiq futbolçuları Azərbaycana gəlir

“Mançester Yubayted” klubunun sabiq futbolçuları Azərbaycana gəlir
# 23 aprel 2013 14:40 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyevin xatirəsinə həsr olunan Azərbaycan və Avropanın veteran komandaları arasındakı yoldaşlıq görüşünə daha 2 məşhur futbolçu gəlir. Bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov məlumat verib. Onun sözlərinə görə, “Mançester Yunayted” və Rusiya yığmasının 44 yaşlı sabiq yarımmüdafiəçisi Andrey Kançelskis mayın 1-də baş tutacaq görüşdə iştirakını təsdiqləyib.

“Kançelskis həmin oyunda iştirak etməyə razılıq verdi. Artıq futbolçu karyerasını başa vurmuş “Mançester Yunayted”in digər futbolçusu Duat Yorka da dəvət göndərmişik və gələcəyinə söz verib” – deyə, Rəhimov bildirib.

Kançelskis “Mançester Yunayted”in heyətində çıxış etdiyi 1991-95-ci illərdə 123 oyunda 47 qol vurub. Mançester təmsilçisində 2 dəfə ölkə çempionluğu və Superkuboku, 1 dəfə İngiltərə kuboku, Liqa kuboku və UEFA Superkuboku qazanıb.

Trinidad və Tobaqo yığmasının sabiq hücumçusu olan 42 yaşlı York isə Kançelskisdən sonra – 1998-ci ildən 2002-ci ilə kimi “Mançester Yunayted”in heyətində çıxış edərək, 96 oyunda 48 qol vurub. Komanda ilə 3 dəfə ölkə çempionluğunu qazanan York üçün ən uğurlu dövr 1999-cu il olub. O, həmin vaxt ölkə kuboku ilə yanaşı, Çempionlar Liqasını və Qitələrarası kubokunu qazanıb. Mançester təmsilçisində Endi Koulla birgə hücumda gözəl duet ilə tanınan York 1999-cu ildə “Bavariya” ilə finalın uzatma dəqiqələrində inanılmaz əzmkarlıq göstərərək, 2:1 hesabı ilə qalib gəldikləri məşhur oyunun iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR