Azərbaycanda dövlət qurumlarının kommunal xidmətlərə görə 9 mln. manata yaxın borcu yaranıb - VİDEO

Azərbaycanda dövlət qurumlarının kommunal xidmətlərə görə 9 mln. manata yaxın borcu yaranıb - <span style="color: red;">VİDEO
# 24 noyabr 2014 07:00 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisinin istehlakı 30,4%, rabitə xidmətlərinin istehlakı 19,4%, təbii qazın istehlakı 10,4%, elektrik enerjisinin istehlakı 4,0% artıb, suyun istehlakı isə 0,6% azalıb.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,6% artaraq 120,1 mln. manat təşkil edib.

İstehlakın ümumi dəyərinin 70%-ni elektrik enerjisi, 13,3%-ni su, 7%-ni təbii qaz, 6,7%-ni rabitə xidmətləri, 3%-ni isə istilik enerjisi təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 92,6%-ni və ya 2013-cü ilin müvafiq dövründə 91,6%-ni ödəyib, 8,9 mln. manatlıq kəsir yaranıb.

İstehlak edilmiş elektrik enerjisinin 6,1 mln. manatı, suyun 1,5 mln. manatı, təbii qazın 649,9 min manatı, istilik enerjisinin 357,4 min manatı, rabitə xidmətlərinin 303,9 min manatı ödənilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR