“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib - FOTOSESSİYA

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib - <span style="color: red;">FOTOSESSİYA
# 28 avqust 2015 07:49 (UTC +04:00)


Bakı. Ağa Cəfərli-APA. Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR