Azərbaycanda istehlak bazarı 9% artıb

Azərbaycanda istehlak bazarı 9% artıb
# 22 noyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 23,6 mlrd. manat olmaqla 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9,1% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 74,0% və 26,0% təşkil edib, ümumi artımın 77,6% ticarət fəaliyyətinin hesabına yaranıb.

Bu ilin on ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənib və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılıb əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 9,5% üstələyib və istehlak bazarı üzrə real artımın 98,9%-i özəl bölmənin sayəsində təmin edilib.

Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 250,9 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,5 manat çox əmtəə almış və pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR