Ədliyyə Nazirliyi: AXCP ilə bağlı iki müraciət daxil olub, araşdırılır

Ədliyyə Nazirliyi: AXCP ilə bağlı iki müraciət daxil olub, araşdırılır
# 06 noyabr 2015 10:58 (UTC +04:00)

Qurumun mətbuat xidmtindən APA-ya verilən məlumata görə, nazirliyiə AXCP qurultayı ilə bağlı 2 müraciət daxil olub və bunlar araşdırılır: “Yaxın vaxtlarda araşdırmanın nəticəsi cəmiyyətə açıqlanacaq”.

Xatırladaq ki, Əli Kərimlinin sədri olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Ə. Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və Ədliyyə Nazirliyinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR