"Bank BTB"-nin bəzi filialları 12 saatlıq iş rejiminə keçir

"Bank BTB"-nin bəzi filialları 12 saatlıq iş rejiminə keçir
# 14 iyun 2016 14:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar “Bank BTB” yeni iş rejimində xidmət göstərəcək.

Bankdan "APA-Economics"ə verilən xəbərə görə, Bakı şəhərində keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar vətəndaşlarımıza və şəhərimizin qonaqlarına bank əməliyyatları və valyuta mübadiləsi əməliyyatlarına rahat çıxışını təmin etmək üçün bankın Ü. Hacıbəyov küçəsi 24 ünvanında yerləşən “Premium” filialı və Ağa Neymətulla küçəsi ev 38 mən. 10 ünvanında yerləşən “Gənclik 1” şöbəsi iyun ayının 21 dək hər gün saat 9.00-dan 21.00-dək fəaliyyət göstərəcək.

Bank xidmətləri haqqında məlumat mərkəzi, (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR