Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
# 16 sentyabr 2015 20:09 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda yaşayış binasının 7-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin mətbəxin yanar konstruksiyaları 18 kv.m sahədə və 1 otağında rəf 3 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR