Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb
# 12 fevral 2013 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Rusiya Federasiyasında axtarışda olan şəxs saxlanılıb. APA- nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının Penza vilayəti Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Müşfiq Xəlilov saxlanılıb. M. Xəlilov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127 və 163-cü maddələri (qanunsuz azadlıqdan məhrum etmə və hədə-qorxu ilə tələb etmə) ilə axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR