Tovuzda arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb

Tovuzda arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb
# 22 iyul 2015 12:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tovuz rayonunda aparılan arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb. AMEA-dan APA-ya verilən xəbərə görə, Tovuzun Əyyublu kəndi ərazisində yerləşən Menteştəpə qədim yaşayış məskənində 8 il öncə başlanılan işlərə yekun vurulur.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə aparılan tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərini tədqiq etməkdir.

Radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl VI minilliyə aid olduğunu deməyə əsas verir.

Tədqiq edilən bu abidə Azərbaycanın qədimliyini bir daha dünyaya nümayiş etdirir. Yaşayış məskənində Neolit dövründən başlayaraq erkən tunc dövrünə qədər minillikləri əhatə edən mindən artıq nadir və qədim maddi mədəniyyət nümunələri aşkarlanıb. Arxeoloji materialların arasında qızıl olanı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR