Dünya fond bazarında əksər səhmlər ucuzlaşıb

Dünya fond bazarında əksər səhmlər ucuzlaşıb
# 26 fevral 2015 06:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,08% - 18 224,57 bəndədək artıb, S&P 500 0,08% - 2 113,86 bəndədək, NASDAQ 0,02% - 4 967,14 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 6 935,38 bəndədək, Fransa CAC-40-ı 0,09% - 4 882,22 bəndədək azalıb, Almaniya DAX-ı 0,04% - 11 210,27 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,88% - 18 748,94 bəndədək, Hang Seng 0,79% - 24 972,88 bəndədək, Shanghai 1,73% - 3 538,73 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 6,70 dollar artaraq 1 208,20 dollara, gümüş isə 0,14 dollar bahalaşaraq 16,62 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR