Baltikyanı ölkələr NATO-dan qoşunların ərazilərində daimi qalmasını xahiş ediblər

Baltikyanı ölkələr NATO-dan qoşunların ərazilərində daimi qalmasını xahiş ediblər
# 14 may 2015 21:34 (UTC +04:00)

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

“Bu təhlükəsizlik üçün çox vacibdir. Bizim regionda sabitlik gözlənilmir, təhlükələrin qarşısını almaq üçün bu bir vasitədir”, deyə Litva Silahlı Qüvvələrinin komandanı Mindauqas Neymontas üç Baltikyanı ölkənin Silahlı Qüvvələri adından bildirib.

Baltikyanı ölkələr məktubda hər ölkədə bir batalyon - 700-800 hərbçinin daimi saxlanılmasını xahiş edir. Məlumata görə, NATO hələ ki müraciəti cavablandırmayıb.

Bu arada NATO Finlandiya və İsveç ilə birgə hərbi təlimlər keçirmək niyyətində olduğunu elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR