MSK sədri: “1,5 milyon insanın səs verməsinə imkan yaradılmaması barədə iddialar absurddur” - VİDEO

MSK sədri: “1,5 milyon insanın səs verməsinə imkan yaradılmaması barədə iddialar absurddur” - <span style="color: red;">VİDEO
# 22 dekabr 2014 14:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçki siyahısı ilə bağlı problem qaldırmaq mənasızdır. Azərbaycanda kiminsə adının seçici siyahısına salınmamasında nə maraq ola bilər?” APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


M. Pənahov bildirib ki, əgər Azərbaycanda 1 məntəqədə 15 nəfərə səs verməyə imkan yaradılmadığı üzə çıxsa, həmin şəxsə MSK xüsusi mükafat veriləcək: “Bəzi təşkilatların 1,5 milyon insanın səs verməsinə imkan yaradılmaması barədə iddiaları absurddur. Mən belə bir absurd iddia olduğunu Böyük Britaniyanın səfirinə də dedim, təəccübləndi. Azərbaycanda vətəndaş şəxsiyyət vəsiqəsini gətirib məntəqədə seçici siyahısına düşə bilər. Biz vətəndaşların seçkidə iştirak üçün hər cür şərait yaratmışıq, dünyanın heç yerində belə hal yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR