AZAL əl yükünün icazə verilən çəkisini artırıb

AZAL əl yükünün icazə verilən çəkisini artırıb
# 23 sentyabr 2015 14:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

AZAL-ın reyslərində əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR