Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşları qəbul edəcək
# 23 sentyabr 2014 07:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Bayraq Meydanı)
24 sentyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR