Gəncədə 18 yaşlı qız özünü öldürmək istəyib

Gəncədə 18 yaşlı qız özünü öldürmək istəyib
# 29 aprel 2013 10:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində 18 yaşlı qız özünü öldürmək məqsədi ilə xeyli dərman içib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Şahsevənlər küçəsində yaşayan, 1995-ci il təvəllüdlü A. Nağıyeva ağır dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılan müayinələr zamanı məlum olub ki, gənc qız özünü öldürmək məqsədi ilə xeyli sayda müxtəlif tərkibli dərmanlar içib. Gəncə şəhər Baş Polis İdarəsi əməldaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, 18 yaşlı A. Nağıyeva atası və əmisi tərəfindən ona edilən təzyiqlərə əsəbiləşib və özünü öldürməyə cəhd edib.

Hazırda qızın səhhətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR