Azərbaycan İpoteka Fondunun istiqrazları bazarı I rübdə 2,6 dəfə artıb

Azərbaycan İpoteka Fondunun istiqrazları bazarı I rübdə 2,6 dəfə artıb
# 26 aprel 2013 09:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları bazarı 2,6 dəfə artaraq 29 mln. manat təşkil edib.

«APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü ilin I rübü üzrə Fəaliyyət Hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2013-cü ildə AİF tərəfindən istiqraz yerləşdirilməsinin davam etməsi ilə yanaşı, özəl sektor təmsilçilərinin istiqraz vasitəsilə maliyyələşmə meyllərində fəallığı bütövlükdə korporativ borc bazarında əqdlərin sayına və həcminə müsbət təsir göstərib. Belə ki, rüb ərzində korporativ istiqrazlar bazarında əqdlərin sayı 50% artıb, bazarın həcmi isə 17% artaraq 54 mln. manat təşkil edib.

«AİF 2013-cü ilin yanvar ayından etibarən ötən ilin sonunda qeydiyyata alınmış 40 mln. manatlıq 6-cı istiqraz emissiyasının yerləşdirməsini davam etdirib. Belə ki, AİF-in istiqrazları bazarı hesabat dövrü ərzində 2,6 dəfə artaraq 29 mln. manat təşkil edib. Analoji yüksək artım ipoteka istiqrazlarının ilkin və təkrar bazar seqmentlərində də müşahidə olunub. Belə ki, ipoteka istiqrazlarının ilkin bazarı 2,2 dəfə, təkrar bazarı isə 3 dəfə artıb», - deyə hesabatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR