“Əl Qaidə” silahlılarının Yəməndə hərbi bazaya hücumu nəticəsində onlarla hərbçi həlak olub

“Əl Qaidə” silahlılarının Yəməndə hərbi bazaya hücumu nəticəsində onlarla hərbçi həlak olub
# 03 aprel 2015 19:58 (UTC +04:00)

Bakı-APA. “Əl Qaidə” terror qruplaşmasının silahlılarının Yəmənin Əl Mükalla şəhərində yerləşən hərbi bazaya hücumu nəticəsində onlarla hərbçi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Arəbiya” telekanalı məlumat yayıb.

Məlumata görə, Xadramaut əyalətində yerləşən bazaya hücum zamanı hərbçilər arasında panika yaranıb və onların hamısı bazanı tərk edərək qaçıb.

Qeyd edək ki, terrorçular şəhərdəki həbsxanaya da hücum edərək yüzlərlə məhbusu azad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR