Heydər Əliyevin 90 illiyi münasibətilə şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib

Heydər Əliyevin 90 illiyi münasibətilə şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib
# 06 aprel 2013 10:08 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, müsabiqənin başlanğıcından indiyədək 600 min nəfər şagird iştirak edib: “Artıq bu müsabiqə 7-ci dəfədir keçirilir. Müsabiqə tam şəkildə may ayında başa çatacaq. Mükafatlandırma mərasimi mayın 4-də keçiriləcək. Azərbaycanda və bütün dünyada hamı bilir ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyevdir. Onun həyatı və fəaliyyəti hamımıza örnəkdir. Bu baxımdan gənclər və uşaqlar Heydər Əliyevin fəaliyyətini daha yaxından öyrənməlidirlər”.

İnşa müsabiqəsi iki mərhələdə - rayon (şəhər) və respublika mərhələsində keçirilib, kvota üzrə Bakı şəhəri üzrə 11, peşə liseyləri üzrə 10, orta ixtisas məktəbləri üzrə 15 şəhər seçilib. Hazırda inşa müsabiqəsində 108 nəfər iştirak edir. Müsabiqənin qaliblərinin yazıları kitabça şəklində çap olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR