TQDK SAT imtahanını keçirib

TQDK SAT imtahanını keçirib
# 02 may 2015 11:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 2-də növbəti SAT imtahanını keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan komissiyanın inzibati binasında təşkil olunub və təlimata uyğun keçirilib, iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 nəfərdən 1 nəfəri imtahana gəlməyib. İmtahanın nəticələri 2 həftədən sonra elan olunacaq.

Qeyd edək ki, növbəti SAT imtahanının iyun ayının 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://tqdk.gov.az/en/international-partnerships/sat əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR