Tiflisdə Saakaşvilinin tərəfdarları prezidentə dəstək aksiyası keçirəcəklər

Tiflisdə Saakaşvilinin tərəfdarları prezidentə dəstək aksiyası keçirəcəklər
# 02 mart 2013 11:38 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Bu gün Tiflisdə Avlabar iqamətgahı yaxınlığında Gürcüstan prezidenti Mixail Saakaşviliyə dəstək məqsədi ilə aksiya keçiriləcək. APA-nın “Exo Kavkaza” saytına istinadən verdiyi məlumata görə, saat 17:00-da başlayacaq aksiya “Prezidenti qoru – dövləti qoru” şüarı altında keçiriləcək.

Aksiya təşkilatçıları bildirirlər ki, prezidentin tərəfdarları canlı zəncir yaratmaqla Mixail Saakaşviliyə öz dəstəyini bildirəcəklər: “Biz son zamanlar prezidentimizə qarşı atılan bəzi addımlara qarşı etiraz səsimizi ucaldacağıq. Prezident ölkə Konstitusiyanın qarantıdır, dövlətin simasıdır. Belə qənaətə gəlmək olar ki, prezidentə qarşı atılan hər addım eyni zamanda dövlətə qarşı atılan addım sayılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR