“Azadlıq-2015” seçki bloku deputatlığa namizədlərinin ilkin siyahısını açıqlayıb

“Azadlıq-2015”  seçki bloku deputatlığa namizədlərinin ilkin siyahısını açıqlayıb
# 26 avqust 2015 17:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün “Azadlıq-2015” seçki blokuna daxil olan partiyaların Sədrlər Şurasının toplantısı keçirilib.

Blokdan APA-ya verilən məlumata görə, toplantıda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı blokun seçki dairələri üzrə razılaşdırılmış namizədlərin ilkin siyahısı açıqlanıb:

Siyahıda BAP sədri Elşad Musayev, "Azadlıq" Partiyasının sədri Əhməd Oruc, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin adları var.

Blokdan o da bildirilib ki, seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi davam edir. Digər seçki dairələri üzrə “Azadlıq-2015” seçki blokuna daxil olan siyasi partiyaların razılaşdırılmış namizədlərin tam siyahısı seçkilərin başlanmasına qədər elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR