“Paramount Group” zirehli maşınların dizaynını və yaradılması sahəsində imkanlarını genişləndirir - FOTO

“Paramount Group” zirehli maşınların dizaynını və yaradılması sahəsində imkanlarını genişləndirir - <span style="color: red;">FOTO
# 18 fevral 2013 08:26 (UTC +04:00)

Abu-Dabi. Rəşad Süleymanov, Şamil Əlibəyov - APA. Cənubi Afrika Respublikasının (CAR) aparıcı müdafiə şirkətlərindən olan “Paramount Group” zirehli maşınların dizaynını və yaradılması sahəsində imkanlarını genişləndirir.

APA-nın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində fevralın 17-də başlamış İDEX-2012 beynəlxalq müdafiə sərgisində “Paramount Group” CAR-ın İndustrial and Automotive Design (İAD) adlı dizayn və mühəndislik şirkətinə sahib çıxdığını açıqlayıb.

“Paramount Group”un icraçı direktoru Ayvor İçikovitzin (İvor Ichikowitz) sözlərinə görə, İAD-a sahib olmaqla rəhbərlik etdiyi şirkət innovasiyalara, müştərilər üçün ən yaxşı və müasir texnologiyaları təklif etməkdə maraqlı olduğunu göstərir: “Artıq “Paramount Group” bir neçə kreativ maşın dizaynerlərinə malikdir. İAD-ın alınması bizim təkliflərimizi artıracaq. Çünki mövcud bazarı genişləndirməkdə və yeni bazarların kəşf edilməsində maraqlıyıq”.

Avtomobil dizaynı sahəsində 160 ildir, fəaliyyət göstərən İAD xüsusilə hərbi maşınların dizaynının hazırlanmasına görə dünyada ilk üçlükdə yer alır. Şirkət 150 km/saat sürətlə hərəkət edə bilən 15 ton çəkili, minaya qarşı qorumalı nəqliyyat vasitələrinin layihələndirilməsini həyata keçirir.

Qeyd edək ki, Abu-Dabi şəhərində keçirilən İDEX-2013 sərgisində “Paramount Group” şirkəti “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini, “Marauder Patrol” tipli xüsusi təyinatlı avtomobili, “Maverick” tipli polis avtomobilini, “Mbombe” adlı döyüş maşınını, habelə dünyada afrikalı mühəndislər tərəfindən hazırlanmış AHRLAC adlı ilk təyyarənin maketini, şirkətin müxtəlif sahələrdə fəaliyyətinə dair çox sayda layihələr barədə məlumatları təqdim edib. Şirkətin ən son texnologiyası olan “Marauder Patrol” ilk dəfə CAR-dan kənarda hərbi sərgidə nümayiş etdirilib.

Şirkətin stendində məlumat verilir ki, “Marauder” BƏƏ-də böyük marağa səbəb olub. Maraqlısı isə o olub ki, sərgidə nümayiş etdirilən “Marauder” stilist qrupu tərəfindən müxtəlif daşlar və rənglər vasitəsi ilə kamuflyaj edilib. Sərgidə nümayiş etdirilən maşın tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb.

A. İçikovitzin sözlərinə görə, “Marauder” zirehli personal daşıyıcısı olaraq sülhməramlı əməliyyatlarda və qeyri-stabil regionlarda istifadə üçün nəzərdə tutulur.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı üzrə əsas xarici tərəfdaşlarından olan “Paramount Group” şirkətinin iştirakı ilə Bakıda “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalı həyata keçirilir. Azərbaycanda birgə əməkdaşlıq çərçivəsində istehsal edilmiş ilk maşınlar 2011-ci ilin iyun ayında, Bakıda keçirilən hərbi paradda nümayiş olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR