YAP-çı gənclər Almaniyanın Adenauer Fondunun təşkil etdiyi təlimdə iştirak edir

YAP-çı gənclər Almaniyanın Adenauer Fondunun təşkil etdiyi təlimdə iştirak edir
# 28 mart 2013 08:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri üçün “Strateji kommunikasiyalar” mövzusunda təlim təşkil edilib.

APA-nın məlumatına görə, təlimdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov təlimin vacibliyini vurğulayaraq deyib ki, 2013-cü il Azərbaycanda seçki ilidir və partiyanın gənclərinin “Strateji kommunikasiyalar” mövzusunda təlimə qatılması önəmlidir.

Sonra almaniyalı təlimçi-ekspert Juri Schnöller gənclərə təlim haqqında məlumat verib. İngilis dilində təşkil edilən təlimdə “Yeni media əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu”, “Effektiv ünsiyyət üçün əsas amil kimi ismarıc hazırlanması”, “Emosiyalar və insanların fəallaşdırılması yolları” və “Uğurlu media strategiyasına yeddi addım” mövzuları istiqamət olaraq planlaşdırılıb.

Təlim fasilələrlə gün ərzində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR