«Bank of Baku» müştərilərə 382 min manat hədiyyə edib

«Bank of Baku» müştərilərə 382 min manat hədiyyə edib
# 15 fevral 2013 13:50 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan bank sektorunun tarixində ilk dəfə olaraq «Bank of Baku» ASC 7 907 sayda müştərisinə ödədinilmiş 382 min manat məbləğində kredit faizlərini hədiyyə kimi geri qaytarıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, faizlər ötən il müştərilərə təqdim olunmuş və onların böyük rəğbətini qazanan «Faizlər geri qayıdır» adlı kampaniya çərçivəsində qaytarılıb. Faizlərin geri qaytarılması «Bank of Baku»nun 19 illiyinə təsadüf edib.

Faizlər kredit müddəti boyunca yubanmaları olmayan müştərilərə qaytarılıb. Kampaniya şərtləri daxilində qaytarılan faizlər «Bank of Baku» müştərilərinin «Dostlar Klubu» kartlarına bonus qismində hədiyyə edilib.

Ötən ilin avqustun 24-də start götürmüş «Faizlər geri qayıdır» kampaniyası çərçivəsində müştərilər iki cür kredit imkanından faydalanıblar: 6 ay müddətinə 500 manata kimi kreditdən və 30 aya qədər 5000 manata kimi kreditdən.

Hazırda «Dostlar Klubu» kartında yığılan bonus məbləği nağd kredit götürüldükdə komissiya haqqının ödənişi və mobil danışıq vaxtı üçün istifadə edilə bilər.

«Bank of Baku»nun İdarə Heyətinin sədr müavini Abbas İbrahimov bildirib ki, bu kampaniya ilə «Bank of Baku» Azərbaycan bank sektoru üçün misilsiz bir addım atıb: «Azərbaycan bankları arasında ilk dəfə olaraq məhz «Bank of Baku» müştərilərə ödədikləri kredit faizlərini geri qaytarıb. Bununla biz gecikməsi olmayan müştəri ödəmələrini stimullaşdırmaq və mükafatlandırmaq istəyirik. Düşünürük ki, bu addımımız müştəri məmnuniyyətinin artırılmasına müsbət töhfə verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR