Pentaqon: Suriyada “Horasan” terror qruplaşmasının başçısı məhv edilib

Pentaqon: Suriyada “Horasan” terror qruplaşmasının başçısı məhv edilib
# 22 iyul 2015 01:42 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

Onun sözlərinə görə, vaxtilə Usamə bin Ladenin yaxın çevrəsinə daxil olan əl-Fədli “Əl-Qaidə” qruplaşmanın hazırkı rəhbərlərindən biri olub.

Qeyd olunur ki, “Əl-Qaidə” ilə əlaqəsinə görə 2001-ci ildə Küveytdə məhkəməyə cəlb edilən əl-Fədli Çeçenistanda, səhra komandiri Əmir Xattabın dəstəsində vuruşduğunu etiraf edib.

Qeyd edək ki, ABŞ hökuməti əl-Fədlinin yeri haqda informasiya müqabilində 7 milyon dollar mükafat təyin etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR