Şamaxıda bıçaqlanma hadisəsi baş verib

Şamaxıda bıçaqlanma hadisəsi baş verib
# 26 mart 2013 13:55 (UTC +04:00)

Şamaxı. Zahid Abışov-APA. Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə bu gün Şamaxı rayonunun Göylər kəndində əsas magistral yolda qeydə alınıb. Şamaxı şəhərinin Şəhriyar qəsəbə sakini Tofiq Feyzullayev “VAZ – 2107” markalı avtomobildə magistral yolda Şamaxı istiqamətində hərəkətdə olarkən bir qrup şəxs onun avtomobilini saxlayıb və sürücüyə bir neçə bıçaq zərbəsi endiriblər. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı Səfa Bünyadov adlı şəxsi şübhəli şəxs qismində saxlayıblar. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR